İsrail rejiminin əsgərləri 1 fələstinlini öldürdü

İsrail rejiminin ordu radiosu bir fələstinlinin İordan çayının qərb sahilindəki Şilo yaşayış məntəqəsi yaxınlığında 2 nəfəri bıçaqladığını, əsgərlərin də bu şəxsi silahla vuraraq öldürüldüyünü bildirib.
 
Maide.az xəbər verir ki, hadisədə bıçaqlandığı iddia edilən şəxslərdən birinin vəziyyətinin ağır olduğu deyilir.
 
Ordu sözçüsü Peter Lerner da twitterdəki hesabından verdiyi açıqlamada, fələstinlinin öldürüldüyünü təsdiqləyib.
 
Başqa bir İsrail mənbəsi isə yazır ki, mülki vətəndaş olduğu və bıçaqlandığı bildirilən yəhudilər mühacir deyil, əsgər imiş. Fələstinli ilə əsgərlər arasında mübahisə yaranıb və fələstinli onları bıçaqlayıb. Yaxınlıqda olan digər əsgərlər isə fələstinlini güllələyib.

Google+ WhatsApp ok.ru