İsrail rejiminin əsgərləri sayt açıb DƏHŞƏTLİ etiraflar ediblər

Ötən ilin iyul ayından başlayaraq  50 gün müddətində Qəzzada əməliyyat keçirən  sionist rejimin ordusunun bir qrup əsgəri  "Breakingthesilence.org.il" adlı sayt açaraq  fələstinlilərə qarşı törədilən qətliamı faktlarla etiraf ediblər.
 
Əsgərlər törətdikləri hərbi cinayətləri etiraf edərək, qəddarlıq etmək üçün xüsusi təlim gördüklərini sayt vasitəsi ilə ictimaiyyətə çatdırıblar.
 
Rejim əsgərləri, "Qoruyucu Kəmər" adlanan  əməliyyat zamanı hərəkət edən hər şeyi vurmaq tapşırığı aldıqlarını bildiriblər. 
 
Bir sionist əsgəri  Qəzzada bir evin içərisində dinc insanların olduğunu   müəyyən etdikləri halda evdəki hər kəsi öldürmə əmri verdiyini qeyd edib. Əsgər  daha sonra evə hava hücumu təşkil olunduğu və evdəkilərin çoxunu öldürdüklərini bildirib.
 
Hərbçilərdən biri isə yaralılara  yardım etmək  üçün  gələn təcili tibbi yardım maşınını və  yaralılara yardım edən dinc  vətəndaşları vurduqlarını  söyləyib.
 
Tankçı olduğunu deyən bir İsrail rejimin əsgəri  bir evin pəncərəsində bayıra baxan bir dinc sakini gördüklərini  və tankla həmin evi vurduqlarını etiraf edib.
 
Saytda onlarla sionist əsgərinin etirafları yazılıb.
 
Qeyd edək ki, Sionist İsrail rejiminin Qəzzaya  2014-cü  ilin  iyul  ayının 7-də başlayan  və  51 gün müddətində hücumları  nəticəsində  2 mindən çox adam həyatını itirmiş, 11 mindən artıq adam yaralanmışdı. Hücumlarda 17 min 200 ev, 73 məscid və 24 məktəb tamamilə dağıdılmış, minlərlə bina zərər görmüşdü.Avropa.info

Google+ WhatsApp ok.ru