İsrail rejiminin əsgərləri 23 fələstinlini həbs etdi

İsrail rejiminin əsgərlərinin Qərbi İordanda yenidən həbs əməliyyatı keçirdiyi bildirilir.
 
Maide.az-ın məlumatına görə, sionist ordusunun Twitterdəki hesabından yayımlanan açıqlamada Qərbi İordanda "qarşıdurmalara görə axtarılan" 23 nəfərin həbs edildiyi deyilir.
 
Açıqlamada, həbs əməliyyatlarının keçirildiyi şəhərlərə dair ətraflı məlumat verilməyib.
 
Qeyd edək ki, İsrail rejimi Qərbi İordan ilə Şərqi Qüdsdə tez-tez basqınlar təşkil edərək, müxtəlif iddialarla Fələstinliləri həbs edir.
 
Fələstin Əsirlər Nazirliyi rəqəmlərinə görə, İsrail rejiminin həbsxanalarında 6 min 500-dən çox fələstinli məhbus var.

Google+ WhatsApp ok.ru