İsrail rejiminin əsgərləri Fələstinli gənci öldürdü

İordan çayının qərb sahilində İsrail əsgərlərinin açdığı atəş nəticəsində Fələstinli bir gəncin öldüyü bildirildi.
 
Maide.az xəbər verir ki, şahidlərindən alınan məlumata görə, əsgərlər Ramallah ilə Qüds arasında Kalendiya hərbi nəzarət məntəqəsi yaxınlığında Fələstinli Məhəmməd Sami Əl-Kusbeyə atəş açıb. Hücumun səbəbsiz olduğu və hadisə yerində hərbçilərlə hər hansı bir qarşıdurmanın baş vermədiyi bildirilib.
 
Ramallah Tibb Mərkəzindən həkim Samir Ən-Natur "Anadolu" agentliyinə bildirib ki, döşündən və üzündən iki güllə yarası alan Kusbenin mərkəzə gətirilərkən vəziyyəti kritik olib.
 
Natur, "yaralandıqdan sonra çoxlu qan itirən Kusbenin edilən bütün müdaxilələrə baxmayaraq xilas edə bilmədik", - deyib.

Google+ WhatsApp ok.ru