İsrail rejiminin əsgərləri 5 fələstinlini həbs etdi

Maide.az xəbər verir ki, İsrail rejiminin əsgərləri İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhəri  yaxınlığındakı Əl-Urub qaçqın düşərgəsi və Beyt Əmr qəsəbəsində ordu qüvvələri ilə vətəndaşlara qarşı zorakılıq hadisələrində iştirak etdikləri şübhəsi ilə 2, Əl-Məcəd qəsəbəsində də Həmas mənsubu olduğu üçün 1 fələstinlini həbs edib. 
 
Digər tərəfdən şahidlərin sözlərinə görə də Qəzza sərhədində yerləşən rejim əsgərləri sərhədə yaxınlaşdıqları iddiası ilə 2 nəfəri saxlayıb.
 
Qəzza sərhədi boyunca 300 metr məsafədəki sahəni "bufer zona" kimi qəbul edən İsrail rejimi, bu sahəyə girən Fələstinlilərə birbaşa atəş açır, ya da həbs edir.
 
Fələstin insan haqları təşkilatlarının məlumatlarına görə, İsrail rejimi yeni ildən bu yana Qəzza sərhədində aralarında 16 yaşından kiçiklərin də olduğu 36 Fələstinlini həbs edib.

Google+ WhatsApp ok.ru