İsrail rejiminin əsgərləri yenə Məscidi Əqsaya hücum etdi

Müsəlmanların ilk qibləsi olan Məscidi Əqsa yəhudilər üçün dini yeni il kimi qeyd olunan "Roş Haşanah"ın ilk günündə İsrail rejiminin polisləri tərəfindən basılıb. 
 
Səhər namazından sonra məscidə səs və qaz bombaları atan polislə Fələstinli gənclər arasında qarşıdurma baş verib. Qarşıdurmada 20-yə qədər Fələstinli yaralanıb.
 
Maide.az xəbər verir ki, Əl-Əqsa rəsmisi Rıdvan Amr məscid pəncərələrindən 32-sinin zərər gördüyünü, məscid xalçasının isə 12 nöqtədən yandığını bildirib. Məscid kənarına çıxan qarışıqlıqda ətrafdakı Fələstinlilərə aid bəzi mağazalar da zərər görüb. İsrail rejiminin polisi məsciddə ibadət edən müsəlmanları bayıra çıxarandan sonra Məscidi Əqsanı ziyarətə bağlayıb.
 
İsrail rejiminin təhlükəsizlik naziri Gilad Erdanın məscid içərisindəki gənclərin "əl istehsalı bombalar saxladığı" istiqamətindəki açıqlamasına baxmayaraq, münaqişələrdə bu cür partlayıcıdan istifadə edilməyib. 
 
Fələstin dövlət başçısı Mahmud Abbas verdiyi bəyanatla İsrailin məbədə və içəridə ibadət edən camaata qarşı hücumunu sərt şəkildə pisləyib.

Google+ WhatsApp ok.ru