İsrail rejiminin əsgərləri 1 fələstinlini öldürdü

İsrail rejimi əsgərlərinin Qərbi İordan çayının cənubundakı Beytullahim şəhəri yaxınlığında yerləşən Əd-Dahişə düşərgəsində 1 fələstinli gənci öldürdüyü bildirildi.
 
Maide.az xəbər verir ki, Beytullahim şəhərindəki Əl-Hüseyn xəstəxanasından adının açıqlanmasını istəməyən bir səlahiyyətli, 19 yaşlı Fələstinli Malik Əkrəm Şahinin başından gülləylə yaralanmış olaraq gətirildiyini, "müdaxiləyə baxmayaraq xilas edilməyib" deyə bildirib.
 
Şahidlərin sözlərinə görə də bəzi Fələstinliləri nəzarətinə almaq üçün Dahişə düşərgəsinə basqın edən İsrail əsgərləri ilə onlarca Fələstinli gənc arasında qarşıdurma yarandığını qeyd edib.
 
Şahidlərin sözlərinə görə, münaqişədə sionist əsgərlərin həqiqi və plastik güllə ilə gözyaşardıcı qaz bombası istifadə etdiyini və Şahinin qarşıdurma əsnasında yaralandığını söyləyib.

Google+ WhatsApp ok.ru