İsrail rejiminin əsgərləri fələstinli gənc qızı vurdu

İsrail rejiminin əsgərləri fələstinli gənc qızı vurdu

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejiminin əsgərləri Qüdsün şimalındakı hərbi yoxlanış məntəqəsində gənc fələstinli qızı vurub.
 
Fələstinli qızın yaralandığı bildirilsə də, səhhəti ilə bağlı ətraflı açıqlama verilməyib.
 
Sionist rejimin Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, Qüdsün şimalında hərbi nəzarət-buraxılış məntəqəsində "dayan" əmrinə tabe olmayan fələstinli qız bədəninin aşağı nahiyəsindən vurulub.
 
Fələstinli gənc qızın çantasını yoxlamaq üçün hadisə yerinə bomba yoxlama qrupu yönləndirilib. /

Google+ WhatsApp ok.ru