İsrail rejiminin artilleriyası Qəzzanın şərqinə 15 dəfə atəş açdı 11 Aprel 2018 01:00 Fələstin -- İsrail rejimi ordusuna aid buldozerlər... Sionist İsrail rejiminin ordusu bu gün səhər (11 aprel) Qəzza şəhərinin şərqindəki bir əraziyə artilleriyadan hücum təşkil edib. Maide.Az "deyerler.org"- a istinadən xəbər verir ki, İsrail rejiminin ordusunun artilleriyası Qəzza şəhərindəki Əz-Zeytun məhəlləsinin şərqində yerləşən müqavimətə aid bir müşahidə məntəqəsində qarşı 15 dəfə atəş açıb. Hücumda ölən və ya yaralananların olmadığı bildirilib. İsrail rejimi hücuma əsas olaraq, İsrail rejiminin ordusuna aid buldozerlərə əldəqayırma partlayıcıyla hücum edildiyini bildirib və hücuma görə HƏMAS-ı ittiham edib. Palinfo-nun müxbiri İsrail rejimi ordusuna aid buldozerlərin bu gün səhər daha geniş bir ərazini hamarlaşdırmaq üçün sərhədi pozaraq, Qəzzaya daxil olduğunu bildirmişdi. Müxbir sionist ordusunun müxtəlif əsaslarla buldozerlərin Qəzzaya girişini normal hala gətirmək istədiyini və Fələstin müqavimətinin isə bunu rədd etməsini qanunsuzluq və təxribat kimi qəbul etdiyini bildirib. Xatırladaq ki, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü doktor Əşrəf Əl-Kudra aprelin 10-nu Qəzzada keçirdiyi mətbuat konfransında, Böyük qayıdış yürüşünün 12-ci günündə xəstəxanalara xeyli sayda yaralının gəlməyə davam etdiyini demişdi. Kudra bu müddət ərzində 30 nəfərin şəhid olduğunu və iki şəhidin cəsədinin də İsrail rejimi qüvvələrinin əlində olduğunu bildirmişdi. O, dinc nümayişçilərə sionist əsgərlərin açdığı atəş nəticəsində yaralananların sayının isə 3078-ə çatdığını açıqlamışdı. Teqlər : #İsrail rejiminin artilleriyası Qəzzanın şərqinə 15 dəfə atəş açdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstində jurnalist olmaq ölümü gözəl almaq deməkdir Qəzza bölgəsində “Refah” keçidi 3 günlük açılıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar