İsrail rejiminin Dəməşqə hücum etdi - VIDEO

İsrail rejiminin Dəməşqə hücum etdi - VIDEO

Hava hücumundan müdafiə sistemi raketlərin çoxunu vurdu

Suriyanın hava hücumundan müdafiə sistemləri dünən (6 fevral) gecə yarısından etibarən Dəməşqin ətrafını və cənub bölgəsini hədəfə alan İsrail rejiminin raket hücumunun qarşısını alıb.
 
  SANA agentliyinin müxbiri İsrail rejiminin hücumunun bir neçə dalğadan ibarət olduğunu bildirib. Müxbir İsrail rejiminin təyyarələrinin işğal altındakı Qolan təpələri və cənubi Livan üzərindən Kisvə, Mərc Əl-Sultan, Bağdad körpüsü və İzraa bölgələrini bir neçə raketlə hədəfə aldığını söyləyib. O, hava hücumundan müdafiə sistemlərinin hədəfə çatmadan xeyli sayda düşmən raketini havada ikən vurduğunu bildirib.
 
SANA hücumla bağlı görüntülər paylaşıb.
 
Londonda yerləşən Suriya İnsan Haqları Manitorinq Mərkəzi (SOHR) hücumların İsrail rejimi tərəfindən edildiyini və şəhərin qərbindəki Kisve rayonu yaxınlığındakı 91-ci briqadanın bazasını hədəfə aldığını bildirib.
 
SOHR, həmçinin Dəməşqin qərbindəki 75-ci briqadanın bazası və Məzzə hərbi hava bazasının İsrail rejiminin hücumlarının hədəfində olduğunu qeyd edib.
 
Ölən və maddi zərər barədə heç bir məlumat verilməyib. /deyerler.org
 

Google+ WhatsApp ok.ru