İsrail rejiminin fələstinlilərə qarşı sərt müdaxiləsində 108 nəfər yaralandı-VİDEO 08 Dekabr 2017 02:00 Fələstin -- Yaralıların arasında jurnalistlərin də olduğu qeyd olunur. İordan çayının qərb sahilində Trampın Qüds qərarına etiraz etmək üçün toplaşan fələstinlilərə İsrail rejiminin təhlükəsizlik qüvvələri göz yaşardıcı qaz bombası, həqiqi və plastik güllə istifadə edərək müdaxilə edib. Hadisələrdə 108 fələstinli yaralanıb. Sionist İsrail rejiminin polisi Şərqi Qüdsün köhnə şəhər bölgəsinin ən mühüm qapısı olan Dəməşq qapısına baryerlər quraraq, pasport yoxlaması ilə girişə icazə verir. Trampın Qüds qərarına etiraz etmək üçün Dəməşq qapısında da toplaşan yüzlərlə fələstinli gənc ilə İsrail rejiminin polisi arasında qarşıdurma baş verib. Atlı və piyadalardan ibarət olan İsrail rejiminin onlarla polisi Şərqi Qüdsün mühüm nöqtələrində yerləşdirilib. İordan çayının qərb sahilindəki qarşıdurmalarda fələstinlilərdən 108 nəfər yaralanıb. Yaralıların arasında jurnalistlərin də olduğu qeyd olunur. Fələstinin Qızıl Aypara Cəmiyyəti bəyanat verərək, İsrail rejiminin əsgərlərinin göz yaşardıcı qaz, həqiqi və plastik güllə ilə aksiyalara müdaxilə etdiyini bildirib.(deyerler.org) Teqlər : #İsrail rejiminin fələstinlilərə qarşı sərt müdaxiləsində 108 nəfər yaralandıVİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qüds müsəlmanlarındır..! İşğalçı İsrail rejimi Qəzzaya hücum edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar