İsrail rejiminin həbsxanalarında 7 min fələstinlini var

Fələstin Əsirlər Klubundan verilən açıqlamada bildirilir ki, İsrail rejimi avqust ayı ərzində Qərb sahilində və Qüdsdə 597 nəfəri həbs edib. 
 
Maide.az-ın məlumatına görə, İsrailin fələstinlilərə qarşı əməliyyatlarının ən şiddətli yaşandığı yer 190 nəfərlə Qüds və 102 nəfərlə əl-Xəlil şəhəridir. 
 
İsrail ordusu Ramallah və Birada 74, Cenində 63, Beytullahimdə 54, Nablusda 45, Tulkərəmdə 23, Selfitdə 22, Kalkilyada 11, Ərihada 7 və Tubasda da 6 nəfəri həbs edib. 
 
Açıqlamada bildirilir ki, iyun ayından bu yana aparılan həbslərlə İsrail həbsxanalarındakı məhbus sayı 7 minə çatıb.

Google+ WhatsApp ok.ru