İsrail rejiminin hərbçiləri 5 fələstinlini qaçırdılar

İsrail rejiminin işğalçı qüvvələri İordan çayının qərb sahilində keçirdikləri gecə reydi zamanı 5 fələstinlini qaçırıblar.
Maide.az xəbər verir ki, İsrail rejiminin işğalçı qüvvələri Cenin şəhərində 5 fələstinlini qaçıraraq naməlum istiqamətə aparıblar.
Məlumata əsasən, həmçinin bir qrup sionist qəsəbə sakini Fələstin ərazilərində qəsəbələrin genişlənməsi məqsədilə İordan çayının qərb sahilində əl-Xəlilin yaxınlığındakı fələstinlilərin əkin sahələrinə hücum edib. Hücum edənlər kəndilərin  zeytun ağaclarını kökündən çıxarıb. 
Fələstin vətəndaşı Həsən Əql sionistlərin bundan öncə də onun əkin sahəsinə bir neçə dəfə hücum etdiyinə toxunaraq deyib ki, Sionistlər bu hücumda onun məhsullarına çoxlu ziyan vurublar. 
Son zamanlar İsrail rejiminin qüvvələri fələstinlilərə qarşı hücumlarını gücləndiriblər. İşğalçı qüvvələr heç bir səbəb olmadan fələstinliləri evlərindən qaçıraraq nahaq yerə həbs edirlər. Sionist qüvvələri fələstinlilərin yaşadığı kəndlərə hücum edərək onların evlərini, məscidlərini, əkin sahələrini yandırırlar./
 

Google+ WhatsApp ok.ru