İsrail rejiminin hərbçiləri 14 yaşlı fələstinlini güllələyib

İordan çayının qərb sahilində sutka ərzində ikinci fələstinli yeniyetmə güllələnib.
 
Maide.az xəbər verir ki, insident Atara nəzarət-keçid məntəqəsi yaxınlığında baş verib.
 
Qaçqın düşərgələrindən birinin sakini, 14 yaşlı Lait Khaldi döş nahiyəsindən aldığı yaradan xəstəxanada keçinib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
 
Bundan əvvəl İsrail rejiminin hərbçiləri 17 yaşlı Məhəmməd Əl-Məsrini sərhəd çəpərinə yaxınlaşdığına görə güllələmişdilər.

Google+ WhatsApp ok.ru