İsrail rejiminin hədəfində bu dəfə valideynlər var

Uşaqları daş atdığı müəyyənləşdirilən Fələstinli ana və ataları yüksək miqdarda pulla cəzalandırılacağı bildirilir

Maide.az xəbər verir ki, "Yediot Ahronot" qəzetində dərc olunan məlumata görə, İsrail rejiminin Ədliyyə naziri Ayalet Şakel və Rifah naziri Haim Katz tərəfindən hazırlandığı bildirilən qanun layihəsinə görə, "daş atdığı müəyyənləşdirilən" Fələstinli uşaqların ana və atalarına yüksək miqdarda pul cəzası veriləcək. Eyni zamanda Fələstinli uşaqlara verilən cəzalar da artırılacaq.
 
Fələstinli ailələrə qarşı bu addım sionist rejimin naziri Netanyahunun "daş və şüşə partlayıcı atanlara" qarşı "müharibə elan etdiyini" söyləməsi və polisə "vur əmri" verməsindən sonra atılıb.
 
İsrail rejiminin mövcud qanunlara görə, övladlarının törətdiyi cinayətlərə valideynlər cavab deyil. 
 
Fələstin Qurtuluş Təşkilatına bağlı Əsir İşləri Heyətinin hesabatına görə, rejim həbsxanalarında bir və ya bir neçə dəfə ömürlük cəzası verilmiş 478 nəfər, 18 yaşa qədər 205 uşaq, 21 qadın, 480 inzibati həbs, 13 millət vəkili, 2 keçmiş nazir ilə 80-i həyatı təhlükəsi olan 1500 xəstə məhbusun da aralarında olduğu 6 min 500 nəfər. var.

Google+ WhatsApp ok.ru