İsrail rejiminin Hərbi Kəşfiyyat rəhbəri Halevi: Qəzzada baş verən iqtisadi çətinlik İsrail üçün təhlükədir

İsrail rejimim Hərbi Kəşfiyyat (AMAN) rəhbəri Herzl Halevi Qəzzada baş verən iqtisadi sıxıntının İsrail üçün təhlükə yaratdığını söyləyib.
 
Maide.az xəbər verir ki, İsrail parlamenti Knessetə bağlı təhlükəsizlik və xarici işlər komitəsinin qapalı iclasında türkdilli Halevi, Qəzza iqtisadiyyatının yaxşılaşdırılmasının vacibliyinə toxunub.
 
"Qəzza iqtisadiyyatının pisləşməsi İsrail əleyhinə bir partlayışa səbəb olacaqdır", - deyən Halevi, Fələstinli işçilərin sayının artırılması yönündə iqtisadi addımların gərginliyi azaldacağını bildirib.
 
Halevi, Birləşmiş Millətlər Təşkilatının hazırladığı və İsrail rejimi blokadasının davam etməsi vəziyyətində Qəzzanın yaxın 4 il ərzində yaşanmaz bir yerə çevriləcəyini nəzərdə tutan hesabatdan çıxarışlar edib.
 

Google+ WhatsApp ok.ru