İsrail rejiminin həbsxanalarında ən azı 213 fələstinli əsir şəhid olub

İsrail rejiminin həbsxanalarında ən azı 213 fələstinli əsir şəhid olub

-- 75 nəfər qəsdən öldürülüb, 71 nəfər güllələnərək, 59 nəfər ...

Fələstinli Əsirlər Təşkilatının feralın 22-si yaydığı hesabata əsasən, 1967-ci ildən etibarən İsrail rejiminin həbsxanalarında ən azı 213 fələstinli əsir şəhid edilib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, hesabata görə, əsirlərdən 75 nəfər qəsdən öldürülüb, 71 nəfər güllələnərək, 59 nəfər xəstəliklərinin müalicə edilməməsi və 72 nəfər işgəncə nəticəsində şəhid edilib.
 
Bu arada, Fələstin İnsan Haqları Mərkəzi, Qəzzanın cənubundakı Rifah şəhərinin şərqində işğalçı qüvvələrin fələstinli uşaqlara qarşı odlu silahdan istifadə etməsini və hücumda iki uşağın şəhid olması və ikisinin də yaralanmasını qınayıb.
 

 

Google+ WhatsApp ok.ru