İsrail rejiminin hərbçiləri Qüds və Qərb Sahilinə hücum edib 21 Yanvar 2021 13:58 Fələstin Sionist İsrail rejiminin işğalçı əsgərləri fələstinlilərə qarşı apardıqları təcavüzkar əməliyyatları zamanı, işğal altındakı Qüdsə basqın edib. Səhər saatlarında sionist rejiminin hərbçiləri işğal altındakı Qüdsdəki fələstinlilərin evlərinə hücum edərək beş fələstinlini heç bir ittiham irəli sürmədən həbs edib. "Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, Fələstin ərazisində qanunsuz məskunlaşmış yəhudi köçkünlər, İordan çayının qərb sahilində Nablusun cənubundakı Madama kəndində fələstinli ailənin evinə basqın edərək, 11 aylıq uşağı yaralayıb. Hədəflərinə çatmaq üçün İsrail rejiminin hərbi qüvvələri hər gün Fələstinin müxtəlif bölgələrinə hücumlar edir və əsassız olaraq fələstinliləri həbs edir. Hal-hazırda sionist rejimin həbsxanalarında 250 uşaq və 47 qadın olmaqla 4700 fələstinli həbsdədir. Teqlər : #İsrail,#rejiminin,#hərbçiləri,#Qüds,#və,#Qərb,#Sahilinə,#hücum,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı İsrail rejimi Qəzzanı bombaladı, evlərə ziyan dəydi Həmas: Müqavimət İsrailin istənilən hücumuna hazırdır
Yəhudi sionist Beytləhmin şimalında avtobusu fələstinli fəhlələrin üzərinə sürüb, ölən və yaralananlar var