İsrail rejiminin irqçiliyinə qarşı efiopiyalılar yenidən ayağa qalxdılar

Təl-Əvivdəki Azrieli qülləsi önündə toplaşan Efiopiya əsilli yəhudilər keçən həftələrdə keçirdikləri mitinqlərdə səsləndirdikləri tələblərinin yerinə yetirilməməsi səbəbilə yenidən yürüş təşkil edib.
 
Maide.az-ın məlumatına görə, şəhərin ən işlək yollarından olan Beyin bulvarını bağlayan nümayişçilər, keçən ay efiopiyalı bir əsgəri döydükləri görüntüsü ortaya çıxan polislərin hələ də məsuliyyətə cəlb olunmamasına etiraz ediblər. 
 
Şahidlərindən bildirdiyinə görə, İsrail rejiminin polislərinin aksiyanı dağıtması zamanı yaralanan olmasa da, ən azı 8 nümayişçi saxlanılıb.
 
Xatırladaq ki, İsrail rejiminin nəzarətində olan ərazilərdə yaşayan on minlərlə Efiopiya əsilli yəhudinin böyük əksəriyyəti 1984 və 1994-cü ildəki "Musa" və "Süleyman" adı verilən iki əməliyyatla ölkəyə gətiriliblər. 
 
Sayları 135 minə yaxın olduğu bildirilən efiopiyalı yəhudilər rejimin onlara qarşı həyata keçirdiyi ayrı-seçkilik, irqçilik və yoxsulluqdan şikayətçidirlər. Buradakı Efiopiya yəhudilərinin ali təhsilli olmalarına baxmayaraq, yarıdan çoxunun yoxsul olduğu bildirilir. 

Google+ WhatsApp ok.ru