İsrail rejiminin irqçiliyi qarşıdurma yaratdı

Ötən gün Təl-Əvivdə keçirilən mitinq zamanı xəsarət alanların sayı 67-yə çatıb.
 
Maide.az-ın məlumatına görə, Təl-Əvivdə baş verən toqquşmalar işğal edilmiş Fələstində məskunlaşmış 5 min efiopiyalının irqçilik və ayrı-seçkiliyə qarşı etiraz etməsinin ardınca baş verib. 
 
İsrail rejiminin polis qüvvələri Təl-Əviv icra hakimiyyəti binasına daxil olmağa çalışan aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və səs bombalarından istifadə edib. Polis bildirib ki, aksiya iştirakçıları ilə polis arasında çıxan toqquşmalarda 46 polis əməkdaşı və 21 aksiya iştirakçısı yaralanıb. Aksiya iştirakçılarından 43 nəfər həbs edilib.

Google+ WhatsApp ok.ru