İsrail rejiminin keçmiş baş nazirinə həbs cəzası

İsrail rejiminin keçmiş baş naziri Ehud Olmert 8 ay həbs cəzasına məhkum edilib.
 
Maide.az-ın məlumatına görə, o, ABŞ-lı bir dayağından qanunlara zidd olaraq pul almaqla günahlandırılıb. Olmertin vəkilləri appelyasiya şikayəti verəcəklərini açıqlayıblar.
 
2006-2009-cu illər arasında İsrail rejiminin baş naziri vəzifəsini üzərinə götürən Olmert keçən il də rüşvət almaqda günahlandırıldığı bir başqa cinayət işinə görə altı il həbs cəzasına məhkum edilmişdi.
 
Olmert korrupsiya iddialarından sonra 2009-cu ilin əvvəlində istefa vermək məcburiyyətində qalmışdı.

Google+ WhatsApp ok.ru