İsrail rejiminin ordusu Suriyadakı iki hərbi bazanı vurdu

İsrail rejimi ordusu, "Suriyadan İsrailin nəzarətindəki Holan təpələrinə raket atıldığını" iddia edərək, Suriyadakı iki hərbi bazanı vurduğunu açıqlayıb.
 
Maide.az xəbər verir ki, yazılı açıqlamada, Suriya Silahlı Qüvvələri tərəfindən atılan raketin "səhvən İsrail torpaqlarına düşdüyü" bildirilir. Açıq sahəyə düşdüyü bildirilən raketin son iki gündə Suriyadan atılan ikinci raket olduğu və bunun "Suriya torpaqlarında cərəyan edən müharibədən" qaynaqlandığı qeyd edilib.
 
İsrail rejiminin ordu sözçüsü Peter Lerner açıqlaması isə gülüş doğuracaq səviyyədədir. Açıqlamada bildirilib ki, "Suriyadan gələn bütün zərbələrə Suriya ordusu cavabdehlik daşıyır".

Google+ WhatsApp ok.ru