İsrail rejiminin Qəzza zolağını atəşə tutması nəticəsində qadın və azyaşlı uşaq daxil olmaqla, azı 3 nəfər şəhid olub, 75 nəfər yaralanıb

Sionist rejimin Qəzza zolağını atəşə tutması nəticəsində qadın və azyaşlı uşaq daxil olmaqla, azı 3 nəfər şəhid olub, 75 fələstinli isə yaralanıb.
 
Maide.az-ın məlumatına görə, şəhid olanlar raket zərbəsi nəticəsində dağılan üçmərtəbəli yaşayış binasının uçqunları altından çıxarılıb. Onlar arasında qadının və üç yaşlı uşağın da olduğu bildirilir.   
 
Qeyd edək ki, sionist ordusu bu gecə Qəzza zolağına zərbələr endirib. Fələstin tərəfi də cavab olaraq İsrail istiqamətinə 3 raket buraxıb.     

Google+ WhatsApp ok.ru