İsrail rejiminin qırıcıları Qəzzanı bombaladı

İsrail rejiminin qırıcıları Qəzzanı bombaladı

İsrail rejiminə məxsus hərbi təyyarələri Qəzzanın qərbində İzzəddin Əl-Qəssam briqadalarına aid hərbi mövqeyi bombalayıb.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, hücumda ölən və ya yaralanların olmasına dair məlumat verilməyib.
 
İsrail rejiminin ordusundan və Fələstin tərəfindən də hücuma dair hələ bir açıqlama verilməyib.
 
İsrail rejiminin ordusu son vaxtlar Qəzza tərəfindən atılan yandırıcı maddə daşıdığı iddia edilən çərpələng və heliumla dolu şarlara qarşı bölgəyə hava hücumları təşkil edir.
 

Google+ WhatsApp ok.ru