İsrail rejiminin qırıcıları Qəzzanın cənubuna hücum etdi

İsrail rejiminin qırıcıları Qəzzanın cənubuna hücum etdi

İsrail rejiminin döyüş təyyarələri Qəzzanın cənubunda HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam briqadalarına aid hədəflərə hücum edib.  

 
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, İsrail rejiminin döyüş təyyarələrinin Qəzzanın cənubundakı Xan Yunus şəhərinə təşkil etdiyi hücumda tələfatın olmadığı bildirilib.  
 
İsrail rejiminin ordusundan verilən açıqlamada, hücumun Qəzzadan sərhədə yaxın işğal altındakı ərazilərə atılan 3 raketə cavab reallaşdırıldığı qeyd edilib.

Google+ WhatsApp ok.ru