İsrail rejiminin səfiri ilə görüşən Misirli deputatın səlahiyyətləri ləğv edildi

Misir Məclisi İsrail rejiminin Qahirə səfiri Haim Koreni ötən çərşənbə günü evində qəbul etdiyi üçün müstəqil deputat Tofiq Akkaşenin deputat statusunu ləğv edib.
 
Maide.az xəbər verir ki, Misir dövlət televiziyasında yer alan xəbərə görə, Misir məclisi deputatın səlahiyyətlərini səs çoxluğu ilə ləğv edib.
 
Misirin, başda İsrail rejimi ilə sülh müqaviləsi olmaqla beynəlxalq müqavilələrə hörmət bəslədiyini bildirən Məclis sədri Əli Abulal, Məclisin də Misir ərazisində olan səfirlər və xarici ölkələrin nümayəndələrinə qarşı hörmət bəslədiyini ifadə edib.
 
Akkaşenin deputatlığının ləğvi üçün məclisdə keçirilən səsverməyə paralel olaraq Koren tərəfindən edilən yazılı açıqlamada isə özü ilə Akkaş arasında baş tutan görüşün iki ölkənin maraqlarına uyğun olduğu qeyd edilib.

Google+ WhatsApp ok.ru