İsrail rejiminin təcridxanalarında 400 fələstinli uşaq ağır şəraitdə saxlanılır

İsrail rejiminin təcridxanalarında 400 fələstinli uşaq ağır şəraitdə saxlanılır

Fələstinli Məhbusların İşləri Mərkəzinin mətbuat sözçüsü Riyaz Əsgər İsrail rejiminin əlində olan 400 fələstinli uşağın dəhşətli şəraitdə saxlanıldığını bildirib.
 
Riyaz Əsgər bir televiziya proqramında etdiyi çıxışında belə deyib: “İsrail rejiminin təcridxanalarındakı fələstinli uşaqların sayı 400-ə yüksəlib. Hamısı məktəb şagirdidir və çətin şəraitlərdə saxlanılır”.
 
Riyaz Əsğər sionist rejimin fələstinli uşaqlarla bağlı ev həbsi və məktəbdən məhrum edilmə kimi özbaşınalıqlarına diqqəti çəkərək, belə danışıb: “Uşaqlar sionist rejimin həbsxanalarından çıxandan sonra evdə qalmağa məcbur edilirlər. Ev həbsi müddətində uşaqlarının evdən çölə çıxmamaları, məktəbə getməmələri və ya dostları ilə görüşməmələri üçün ailələrdən söz alırlar”. (deyerler) /

Google+ WhatsApp ok.ru