İsrail rejiminin yeni təhlükəsizlik strategiyası: Mühakiməsiz edam

Qüds və Qərbi İordanda son aylarda adi hala çevrilən və barələrində "bıçaqlı hücum" ittihamı çıxarılan Fələstinlilərin küçə ortasında öldürüldüyü xəbərləri, sionist rejimin təhlükəsizlik konsepsiyasında təhlükəli və hüquqdankənar addımlar atıldığını göstərir.
 
Maide.az xəbər verir ki, Fələstin torpaqlarına qarşı hərbi təcavüzdən dinc aksiyalara kimi edilən müdaxilələrə qədər, hər mərhələdə Fələstinlilərə qarşı "nisbətsiz" güc istifadə etməklə tənqid edilən İsrail rejiminin təhlükəsizlik qüvvələrinin son aylarda "mühakiməsiz edamları" da əsas üsul kimi mənimsədiyi diqqəti çəkir.
 
Oktyabr ayından etibarən Fələstinli nümayişçilərə qarşı tətbiq edilən zorakılıq nəticəsində 143 Fələstinli öldürülüb. İsrail orqanları öldürülən Fələstinlilərin böyük əksəriyyətinin "hücum təşkil edənlər və ya buna hazırlaşanlar" olduğu ittihamını irəli sürürlər.

Google+ WhatsApp ok.ru