İsrail rejiminin zərbələri nəticəsində Qəzzada 130 bina istifadəyə yararsız hala düşüb 07 May 2019 14:57 Fələstin İsrail rejiminin ötən həftəsonu Qəzza zolağına təşkil etdiyi hücumlarda 130 bina istifadəyə yararsız hala düşüb. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Qəzzadakı Quruculuq və Yaşayış nazirinin müavini Naci Sərxan yazılı açıqlamasında İsrailin hücumları nəticəsində 130 binanın dağıdıldığını, 700-nün də ziyan gördüyünü qeyd edib. Sərxan nazirliyin texniki və fövqəladə vəziyyət qruplarının hücumların başladığı andan etibarən iş başında olduğunu, dağıntıları aradan qaldıraraq, küçələri açdıqlarını və riskli binaları zərərsiz hala gətirdiklərini bildirib. Mülki vətəndaşlara qarşı hücumları pisləyən Sərxan evlərini itirən fələstinlilərə yardım edilməsini istəyib. İsrailin ötən həftənin sonu Qəzza zolağına təşkil etdiyi hücumlarda 2-si hamilə olmaqla, 3 qadın ilə 2 uşağın də aralarında olduğu 25 fələstinli şəhid olmuş, 150 fələstinli yaralanmışdı. Fələstinli qrupların Qəzzadan İsrail tərəfə atdığı raketlərə görə də 1-i Fələstin əsilli olmaqla, 4 nəfər ölmüşdü. Yerli mətbuat dünən səhərin erkən saatlarda fələstinli qruplarla İsrail arasında atəşkəs əldə olunduğunu bildirmişdi. Teqlər : #İsrail,#rejiminin,#zərbələri,#nəticəsində,#Qəzzada,#130,#bina,#istifadəyə,#yararsız,#hala,#düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı İsrail rejimi atəşkəs haqqında sazişi imzalamağa məcbur oldu Qəzza müqaviməti atəşkəs üçün İsrail rejiminə vaxt verdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar