İsrail rejiminin zindanlarında 200 fələstinli uşaq əsirdir

İşğalçı rejimin zindanlarında saxlanılan 200 fələstinli uşaq əsirdən üçdə biri Qüdsdəndir və bəzilərinin hələ 13 yaşı tamam olmayıb. 
 
Maide.az xəbər verir ki, Fələstin Əsirləri Araşdırma Mərkəzi məsələ ilə bağlı yaydığı hesabatda, işğal güclərinin son bir ildə Qüds uşaqlarına qarşı əməliyyatlarında artım olduğunu açıqlayıb.
 
Hesabatda bildirilir ki, işğalçı güclər 2014-cü ilin sonuna qədər 600-dən artıq Qüds uşağını saxladığı halda, 2015-ci ilin ilk səkkiz ayında nəzarətə alınan Qüds uşaqlarının sayı 500-ü keçib.
 
Hesabatda, işğal zindanlarında saxlanılan Fələstinli uşaqların zindanlarda və sorğu zamanı psixoloji olaraq təsirini qoyan müxtəlif işgəncələrə məruz qaldıqları və döyüldükləri qeyd olunub.

Google+ WhatsApp ok.ru