İsrail rejimi İordaniyanı suyu kəsməklə  hədələdi

İsrail rejimi İordaniyanı suyu kəsməklə hədələdi

İordaniya əkin sahələrindən istifadəni dayandırarsa  Əmmanın  suyunu kəsəcəyik. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu İsrailin kənd təsərrüfatı naziri Uri Ariel İordaniya padşahı  II Abdullahın  Tel-Əvivin bu ölkənin  Əl-Baqurə və əl-Ğumər  ərazilərindən istifadəsinə son verməklə bağlı qərarına münasibət bildirərkən deyib. 
 
O deyib ki,  İsrail rəsmi Əmmana möhtac deyil, lakin İordaniyanın İsrailə daha çox ehityacı var. 
 
Qeyd edək ki, İordaniya padşahı II Abdullah bazar günü öz tvitter səhəsində Əl-Baqurə və əl-Ğumər  ərazilərinin proritet məsələ olduğunu, bu ərazilərlə bağlı sülh müqaviləsinin əlavəsi haqqında qərar qəbul etdiyini və bu əlavənin şərtlərinin icrasının dayandırılması üçün əlindən gələni edəcəyini açıqlayıb. 
 

Google+ WhatsApp ok.ru