İsrail rejimi Qəzzaya ordu yeritməkdən qorxur

Sionist rejiminin Qəzzaya vəhşicəsinə hücumlarına cavab olaraq Fələstin müqavimət hərəkatının işğal olunmuş ərazilərə atdığı raketlər nəticəsində indiyədək 208 nəfərdən çox sionist yaralanıb. 
 
“əl-Məyadin” kanalının məlumatına görə, sionist rejiminin Kanal 10 televiziyası elan edib ki, ötən gün (bazar günü) müqavimət hərəkatı tərəfindən işğal olunmuş ərazilərə 30 raket atılıb.
 
Sionist rejim elan edib ki,  Qəzzaya hava hücumları hələ daha 2-3 gün davam etdiriləcək. Buna səbəb rejimin kabineti Qəzzaya quru qoşunların yeridilməsi ilə razılaşmamasıdır. Rejim hələ də bu məsələni kabinetdə müzakirə edir. Kabinet üzvləri arasında quru qoşunların Qəzzaya girməsi ilə bağlı ixtilaf var və bu ixtilaf onların itkilər verə biləcəklərindən qorxması ilə əlaqədardır.
“əl-Məyadin” kanalının məlumatına görə, Fələstin müqavimət hərəkatı ötən axşam həmçinin işğal olunmuş ərazilərdə Netivot və Aşkelon şəhərlərinə raket hücumları təşkil ediblər.
 

Google+ WhatsApp ok.ru