İsrail rejimi Qəzzanı bombaladı

İsrail rejimi Qəzzanı bombaladı

-- 3 nəfər dinc sakinin yaralandığı bildirilib

Sionist İsrail rejiminin döyüş təyyarələri Qəzzada İslami Cihad ilə HƏMAS-ın Xan Yunis və Beythanun bölgələrindəki mövqelərini raketlərlə vurması nəticəsində 3 nəfər dinc sakinin yaralandığı bildirilib.
 
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İsrail rejiminin ordusunun artilleriyası noyabrın 30-da günün ikinci yarısında da Qəzzanın şimalında Fələstin müqavimətinə aid mövqeləri atəşə tutmuşdu.
İsrail rejiminin ordusunun hücumuna cavab olaraq, Qəzzadan Nahil Uz hərbi bazasına12 minaatan mərmisi və 3 Qrad raketi atılıb.
 
Sionist İsrail rejiminin pilotsuz kəşfiyyat təyyarələrinin Qəzza səmalarında uçduğu bildirilib.
 
İşğal rejiminin ordusu Qəzzadan İsrail rejiminə raket atıldığını iddia etsə də, daha sonra bu iddianı təkzib edib. İsrail rejiminin mətbuatı sionist yaşayış yerlərinə raket düşməsi və partlayış səsləri eşidildiyini israrla iddia etsə də, sionist rejimin ordusu sərhədə yaxın bölgələrə hər hansı bir raketin düşmədiyini, Fələstin müqavimətinin Qəzza sərhədində hərbi təlim keçirmədiyini açıqlayıb.
 

Google+ WhatsApp ok.ru