İsrail rejimi Qəzzada dinc sakinləri gülləbaran etdi

İsrail rejimi Qəzzada dinc sakinləri gülləbaran etdi

Dünən Qəzzada baş tutmuş 50-ci Böyük Qayıdış yürüşündə işğalçı İsrail rejim qüvvələri dinc nümayişçiləri atəşə tutmağa davam edib.
 
Maide.Az “irinn”ə istinadla xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, “Fələstinli qadın” şüarı ilə keçirilən yürüşdə 1 nəfər şəhid olub, 22 nəfər yaralanıb, onlarla insan qaz qumbaralarının təsirinə məruz qalıb. 
 
Sionist rejim hərbiçiləri dinc aksiyaçılara həqiqi güllələrlə atəş açıb, zəhərli və gözyaşardıcı qazdan istifadə edib. 
 
Yaralılardan 16 nəfər həqiqi güllə ilə vurulub,  1 nəfər qaz gülləsi ilə sifətindən yaralanıb.  
 
Qeyd edək ki,  bu gün səhər də  sionist rejim  qırıcıları  Qəzzanın şimal bölgəsini bombalayıb.  Xan Yunis limanı yaxınlığında  və digər bölgələrdə partlayış səsləri eşidilib. 
 
Xatırladaq ki, ötən il martın 30-dan etibarən başlamış Böyük Qayıdış yürüşlərində indiyədək 260-dan çox fələstinli İsrail ordu qüvvələri tərəfindən qətlə yetirilib, 27 min nəfərə yaxın insan yaralanıb. Onların 500 nəfərinin vəziyyəti ağırdır.
 

Google+ WhatsApp ok.ru