İsrail rejimi Qəzzaya hava hücumu təşkil etdi

İsrail rejimi Qəzzaya hava hücumu təşkil etdi

Bazar ertəsi (10 fevral) sübh saatlarında İsrail rejiminin ordusu Qəzzanın cənubundakı Xan Yunis sahil bölgəsinə bir çox hava hücumu təşkil edib.
 
Rutply-nin görüntülərində Xan Yunisin gecə səmasını işıqlandıran partlayışlar göstərilir.
 
İsrail rejiminin Müdafiə Qüvvələri (İDF) hava hücumunun HƏMAS-ın strateji mövqelərini, o cümlədən təlim düşərgəsi və hərbi infrastrukturunu hədəfə aldığını söyləyib.
 
Hava zərbəsinin Qəzzadan İsrail rejiminə atılan raketlərə cavab olaraq baş verdiyi qeyd edilib./ deyerler.org
 

Google+ WhatsApp ok.ru