İsrail rejimi  qırıcıları Livanın hava məkanına soxulub

İsrail rejimi qırıcıları Livanın hava məkanına soxulub

 
İşğalçı İsrail rejim Hərbi Hava Qüvvələrinin qırıcıları cümə günü Livan hava məkanına soxulub və ölkənin cənub bölgələri üzərində aşağı yüksəkliklərdə kəşfiyyat uçuşları həyata keçirib.
 
Bu barədə "Əl-Vataniya" xəbər verib. Bildirilir ki, rejim təyyarələri Tir şəhəri və En-Nakur burnu yaxınlığında yerləşən yaşayış məntəqələrinə hava hücumlarını simulyasiya edib.
 
Qeyd edək ki, avqustun 28-də Livan ordusunun şəxsi heyəti sərhədi pozan İsrailə məxsus üç Pilotsuz Uçuş Aparatına atəş açıb. PUA-lardan biri Edeis sərhəd bölgəsinin üstündəki səmada, digər ikisi isə Kafr Kila şəhəri yaxınlığında görünmüşdü. Yerdən açılan intensiv atəş, dronların İsrail tərəfə dönməyə məcbur edib.
 
Livan Silahlı Qüvvələri komandanlığı daha əvvəl ölkənin cənubunda yerləşən qoşunlara Livan hava məkanını pozan düşmən PUA-larını vurmağı əmr etmişdi.
 
Avqustun 27-də Prezident Mişel Aunun sədrliyi ilə Yüksək Müdafiə Şurası "livanlıların İsrail hücumlarını dəf etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu" təsdiqlədi.
 
2006-cı ildəki münaqişədən sonra BMT Təhlükəsizlik Şurasının 1701 nömrəli qətnaməsinə baxmayaraq, İsrailin sərhəddə atəşkəs rejimini təkrar pozmasına cavab olaraq Respublika XİN-i Təhlükəsizlik Şurasına şikayət yollayıb. Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri iki ay ərzində 481 dəfə ölkənin hava və dəniz məkanına hücum edib./FaktXeber 

Google+ WhatsApp ok.ru