İsrail rejimi qırıcıları Qəzza zolağına zərbələr endirdi

İsrail rejimi qırıcıları Qəzza zolağına zərbələr endirdi

İşğalçı İsrail rejim qüvvələri Qəzza zolağına hücum edib. 
 
Maide.Az  “Anadolu” agentliyinə istinadla xəbər verir ki, işğalçı rejim iddia edib ki, Qəzzadan partlayıcıların üzərinə yapışdırılmış hava şarlarının atılmasına cavab olaraq Həmas hərəkatının hədəflərini vurub.
 
İşğalçı rejim Müdafiə Nazirliyi açıqlmasında Həmasa məxsus tuneli  bombaladığını bildirib. 
 
Lakin Fələstin xəbər qaynaqları isə  məlumat verib ki, İşğalçı rejim  təyyarələri Qəzzanın Xan Yunus bölgəsində boş ərazini bombalayıb. 
 
Hücum zamanı  ölən və ya yaralanan olmayıb. 
 
Xatırladaq ki, sionist rejim son həftələrdə demək olar hər gün Qəzzanı müxtəlif bəhanələrlə bombalayır. Fələstin müqaviməti sionist rejimin hücumlarını daxildəki problemlərdən diqqəti yayındırmaq üçün bu hücumlara əl atdığını bildirir.
 

Google+ WhatsApp ok.ru