İsrail rejimi qüvvələri 100-dən çox jurnalisti öldürüb

İsrail rejimi qüvvələri 100-dən çox jurnalisti öldürüb

İordan çayının qərb sahilindəki Jurnalist Həmkarlar İttifaqı 1972-ci ildən bu yana İsrail rejimi qüvvələrinin açdığı atəş nəticəsində 102 jurnalistin şəhid olduğunu açıqlayıb.

Maide.Az "Felestin.info"-a  istinadla xəbər verir ki, Jurnalist Həmkarlar İttifaqı sədri Nasir Əbu Bəkir bu barədə dünən Ramallah şəhərində ittifaq tərəfindən təşkil olunan "Mətbuat Azadlığının Bu Günü və Gələcəyi" mövzulu tədbirdəki çıxışında danışıb.

Əbu Bəkir 102 şəhid jurnalistdən 19-nun 2014-cü ildən bu yana həyatını itirən jurnalistlər olduğunu qeyd edib.

İttifaq bu ilin ilk dörd ayında jurnalistlərə qarşı 136, ötən il isə 838 hücum hadisəsi qeydə alındığını vurğulayıb.

2018-ci ildə 47 jurnalistin gülləylə, 17 jurnalistin rezin gülləylə yaralandığı, 189 jurnalistin gözyaşardıcı bombayla xəsarət aldığı, 52 jurnalistin də saxlanıldığı bildirilib.

Həmçinin jurnalistlərə qarşı hadisələrdə və yəhudi miqrantların hücumlarında artım müşahidə olunduğu qeyd edilib.

Bir çox jurnalistin İsrail rejimi məhkəmələrində haqsız yerə cəzalandırıldığını bildirən həmkarlar ittifaqı Knessetin də mətbuat azadlığına zərbə vuran qanun qəbul etdiyinə diqqət çəkib.

Google+ WhatsApp ok.ru