İsrail rejimi Raid Salahdan siyasi qisas alır

İsrail rejimi Raid Salahdan siyasi qisas alır

Sionist İsral Rejiminin cənubundakı Birus-Səba həbsxanasında məhbus olan 1948 Fələstin İslam Hərəkatının lideri Şeyx Raid Salahın vəkili Mustafa Suheyl bildirib ki, İsrail rejimi Salahı tək nəfərlik kamerada  saxlamaqla ondan siyasi intiqam alır.
 
Maide.Az -ın verdiyi xəbərə görə, o əlavə edib ki, biz onun normal kameraya alınması üçün tələbimizi irəli sürümüşük. 
 
Vəkil Suheyl qeyd edib ki, Şeyx Raid Salah, verdiyi xütbələr və dini dərslər görə həbs cəzasına məhkum edilməsindən sonra İsrail rejiminin ifadə azadlığını necə pozması hamıya məlum oldu. Həbsxanada ona qəzet, jurnal və kitablar qadağan edilib. Qısa zaman kəsiyində bəzi televiziya kanallarından başqa kanalları izləməsinə icazə verilmir. Ailəsinin onu ziyarət etməsinə də iki həftədə bir icazə verilir.
 
İsrail parlamentindəki (Knesset) ərəb millət vəkili Məsud Qanayim isə Raid Salahın təcrid edilməsinin bəşəri dəyərlərlə üst-üstə düşmədiyini, insan haqlarına zidd olduğunu deyib.
 
60 yaşlı R.Salah Şeyx Yasinin ölümündən sonra Fələstində ən çox önə çıxan liderlərdən biri kimi tanınır.  

Google+ WhatsApp ok.ru