İsrail rejimi sabahdan bütün Fələstinə ümumi blokada tətbiq edəcək

İsrail rejimi sabahdan bütün Fələstinə ümumi blokada tətbiq edəcək

İşğalçı İsrail rejimi İordan çayının qərb sahili və Qəzza zolağına bir həftəlik ümumi blokada tətbiq edəcək.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, yəhudi bayramının qeyd ediləcəyini əsas gətirən işğalçı ordu aprelin 19-u gecə saatlarından etibarən İordan çayının qərb sahili və Qəzzaya gedən bütün keçid məntəqələrini, hərbi postları və yolları qapayacaq.
 
Qapanış aprelin 27-ə dək davam edəcək. Yalnız humanitar məqsədlərlə, müalicə və xüsusi əsaslarla məhdud sayda insanın giriş-çıxışına icazə veriləcək.
 
Bundan başqa İordan çayının qərb sahili və Qüdsətrafı bölgələrdə çoxlu sayda mobil nəzarət buraxılış postları və yollarda beton bloklar yerləşdirilməklə fələstinlilərin sərbəst hərəkətinə ciddi məhdudiyyət tətbiq ediləcək.
 
Qeyd edək ki, buna bənzər digər bir ümumi blokada mayın 7-dən 9-a dək bütün Fələstin ərazisində tətbiq ediləcək.
 
Buna səbəb isə fələstinlilərin Nəkbə (Böyük fəlakət), sionist yəhudilərin isə müstəqillik günü adlandırdıqları İsrail dövlətinin qurulmasının 71-ci ildönümüdür.
 

Google+ WhatsApp ok.ru