İsrail rejimi Suriyanın bölgələrini güclü bombardman etdi

İsrail rejimi Suriyanın bölgələrini güclü bombardman etdi

İsrail rejiminin təyyarələri Suveyda ətrafında Səlhad və Tel Sahnə və Deyr Əz-Zor-Palmira xəttində Suhna və Kabacəb bölgələrinə hava hücumları həyata keçirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, bir neçə saat əvvəl Deyr əz-Zor, Palmira və Suveyda ətraf əraziləri də bombalanıb. Tel Sahndə bir radar bazasının vurulduğu iddia edilib.
 
İsrail rejiminin mediası hücumda Delilah qanadlı raketlərinin istifadə edildiyini bildirsə də, Səudiyyə rejiminin mediası bu gün (24 iyun) səhər Suveydaya İrandan bir silah gətirildiyini iddia edib.
 
Bu arada, SANA-nın verdiyi xəbərdə, Suriyaya qarşı sionist rejimin iki dalğa şəklindəki hava hücumlarında maddi ziyanla yanaşı, 10 əsgərin şəhid olduğu, 15 əsgərin də yaralandığı vurğulanıb.
 
Suriyadakı Suveyda və Deyr əz-Zor bölgələrini hədəfə alan hücumlardan sonra, gecə Hamanın Səlmiyə və Sabbura bölgələrinə də raket hücumları həyata keçirilib.
 
İsrail rejiminin Həma ətrafına etdiyi hücumlar olduqca şiddətli olub. Səlmiyədə bir fabrik, Sabbura mədəniyyət mərkəzi, Akarəbdə bir fabrik, İtriyada hərbi məntəqələr bombalanıb.
 
Suriyanın Al-İkhbariya telekanalı hava hücumundan müdafiə sistemlərinin düşmən hədəflərinə cavab verdiyini qeyd edərək, bir çox raketin vurulduğunu qeyd edib.
 
Londonda yerləşən Suriya İnsan Haqları Rəsədxanası (SOHR) İsrail rejiminin döyüş təyyarələrinin Səlmiyədəki İran İnqilab Keşikçilərinin silah və sursat anbarlarına zərbələr endirdiyini iddia edib. SOHR-un verdiyi məlumata görə, İsrail rejiminin hərbi təyyarələri Həmanın şərq ətrafındakı Sabburadakı mədəniyyət mərkəzini və Akaribdəki bir binanı hədəfə alır, partlayışların baş verdiyi ərazilərdə təcili yardım maşınlarının səsləri eşidilir.
 

Google+ WhatsApp ok.ru