İsrail rejimi Suriyanın paytaxtını raketlə vurub

Sionist ordusu raketlərlə Suriyanın paytaxtı Dəməşqdə bəzi hədəfləri vurub.
 
Maide.az xəbər verir ki, bu barədə Suriyanın SANA rəsmi xəbər agentliyi məlumat yayıb.
 
Bildirilir ki, İsrail Dəməşq Beynəlxalq hava limanının yaxınlığını və Dimas bölgəsini atəşə tutub.
 
Agentliyin məlumatına görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Suriya İnsan Haqları Təşkilatının açıqlamasına görə, Dəməşqin Dimas bölgəsində 10 partlayış səsi eşidilib. Təşkilat partlayışın hansı səbəblərdən baş verdiyini açıqlamayıb.
 
Məsələ ilə bağlı İsrail tərəfi hələlik heç bir açıqlama verməyib.

Google+ WhatsApp ok.ru