İsrail rejimi tankları Qəzza zolağına zərbələr endirdi

İsrail rejimi tankları Qəzza zolağına zərbələr endirdi

İsrail ordusunun tankları Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.
 
Maide.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
 
Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından Fələstinin işğal olunmuş ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.
 
Qeyd edilir ki, hava zərbələri HƏMAS-ın hərbi-dəniz qüvvələrinin kompleksi, yeraltı strukturu və müşahidə postlarına endirilib.
 
Xatırladaq ki, sionist rejim son həftələrdə demək olar hər gün Qəzzanı müxtəlif bəhanələrlə bombalayır. Fələstin müqaviməti sionist rejimin hücumlarını daxildəki problemlərdən diqqəti yayındırmaq üçün bu hücumlara əl atdığını bildirir.
 

 

Google+ WhatsApp ok.ru