Rusiya və Çin liderləri qonşuluq münasibətləri haqqında müqavilənin uzadıldığını elan edib

Rusiya və Çin liderləri qonşuluq münasibətləri haqqında müqavilənin uzadıldığını elan edib

Rusiya Prezidenti Vladimir Putin ilə Çin lideri Si Tsinpin videokonfrans zamanı rəsmi şəkildə qonşuluq, dostluq və əməkdaşlıq haqqında Rusiya-Çin müqaviləsinin uzadıldığını elan edib.
 
Bu barədə "CGTN" telekanalı məlumat yayıb.
 
"İki dövlət başçısı qonşuluq, dostluq və əməkdaşlıq haqqında Rusiya-Çin müqaviləsinin uzadıldığını rəsmən elan edərək ortaq bəyanat yayıb", kanalın məlumatında deyilir. 
 
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov daha əvvəl açıqlamasında bildirmişdi ki, Putin ilə Si Tsinpin arasındakı dialoq xüsusi qapalı kanalda videokonfrans şəklində keçiriləcək.

Google+ WhatsApp ok.ru