İsrail rejim qüvvələri Fələstinlilərə aid məktəbə gözyaşardıcı qaz və səs bombası ilə hücum edib - VİDEO

İsrail rejim qüvvələri Fələstinlilərə aid məktəbə gözyaşardıcı qaz və səs bombası ilə hücum edib - VİDEO

İşğalçı İsrail rejim qüvvələri Qərbi Şəriyədə Fələstinlilərə aid məktəbə gözyaşardıcı qaz və səs bombası ilə hücum edib. 
 
Maide.Az “dunyabulteni”-ə istinadla xəbər verir ki,  Fələstin Təhsil Nazirliyinin sözçüsü  Sadıq Əl-Hadur  bildirib ki,  işğalçı rejim əskərləri  Əl-Xəlil  bölgəsində Ən-nəhda ibtidai şagirdlərin təhsil aldığı məktəbə gözyaşardıcı qaz və səs bombası ilə hücum edib.  
 
Atılan qaz nəticəsində  çox sayda  müəllim və şagird  boğulma təhlükəsi ilə üzləşib. Uşaqlar arasına qorxu və  panika yaranıb.  
 
O qeyd edib ki,  Əl-Xəlilinin Bələdətül-Qədimə bölgəsində yerləşən məktəblər davamlı olaraq  işğalçı rejimin əsgərləri və ifratçı yəhudilərin hücumlarına məruz qalır.  
 
S.Əl-Hadur deyib ki, son aylar ərzində işğalçı rejim  əskərlərinin məktəblərə hücumu artıb.  
 

Google+ WhatsApp ok.ru