İsrail rejim qüvvələri bir sutkada 21 fələstinlini həbs edib

İsrail rejim qüvvələri bir sutkada 21 fələstinlini həbs edib

İşğalçı İsrail rejim qüvvələri dünən gecə saatlarında İordan çayının qərb sahilində keçirdiyi reydlərdə bir çox evlərə daxil olaraq axtarışlar aparıblar, sakinlərə məxsus nağd pulları oğurlayıblar və azı 21 nəfəri həbs ediblər.
 
Maide.Az "Felestin.info"a istinadla  xəbər verir ki, bu barədə Fəlsətinli Məhbuslar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, təkcə Nablus rayonunda yeddi nəfər saxlanılıb.
 
Əldə edilən məlumata görə, işğalçı rejimin zirehli texnikası Nablusun Əsirə əl-Şəmaliyə qəsəbəsinə də basqın edərək evlərdə axtarış aparıb. Burada 5 fələstinli həbs edilib.
 
Nablusun Təll və Sərra qəsəbələrində də analoji reydlər keçirilib, biri keçmiş məhbus olan iki fələstinli həbs edilib.
 
Tubas rayonunda da 5 sakin saxlanılıb. Onların arasında ata və iki oğlu da var.
 
Şərqi Qüdsün əl-İzariyə qəsəbəsində dörd nəfər tutulub. Onların arasında bir məhbusun oğlu və 14 yaşlı yeniyetmə var.
 
Qeyd edək ki, dünən İsrailin Ofer həbsxanasında keçirilmiş hərbi məhkəmədə 13 fələstinli barədə inzibati həbs qərarı çıxarılıb. Saxlanılardan doqquzu barədə 6 ay, dördü barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
 

Google+ WhatsApp ok.ru