ABŞ 20 il ərzində Əfqanıstanda nə qazandı, nə itirdi? - HESABAT

ABŞ 20 il ərzində Əfqanıstanda nə qazandı, nə itirdi? - HESABAT

Amerikalı əsgərlərin Əfqanıstandan çıxarılması ilə ABŞ -ın ən uzun müharibəsi başa çatsa da, amerikalılar müharibənin trilyonlarla bədəlini ödəməyə davam edəcəklər.
 
Maide.Az “Anadolu” agenltiyinə istinadla xəbər verir ki, bunu Brown Universitetinin Watson Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İnstitutunun yayımladığı hesabata  bildirir. 
 
Hesabatda bildirilir ki, ABŞ –ın 2001-ci ildən bu günə kimi Əfqanıstanda 2.26 trilyon dollardan artıq xərci çıxıb.  Bu xərclər ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamenti tərəfindən qarşılanıb.
Bildirilir ki, bu borcun faizinin 2050 -ci ilə qədər 6,5 trilyon dollara çatacağı gözlənilir.
 
Bildirilir ki, ABŞ-ın  Əfqanıstanda 20 il davam edən ən uzun müharibəsində 2448 amerikalı əsgər ölüb, NATO və Əfqanıstanda xidmət edən digər ölkələrdən 1144 əsgər həyatını itirib.
 
Müharibədən ən çox zərər çəkən Əfqanıstan vətəndaşları olub və bu müharibədə 47245 əfqanlı həyatını itirib.
 
Hesabata görə, 20 illik müharibədə  69 min Əfqanıstan hərbiçisi, 72 jurnalist, 444 humanitar yardım  işçisi ölüb. 
 

Google+ WhatsApp ok.ru