İsrail rejim təyyarələri Qəzza zolağına hava zərbələri endirib

İsrail rejim təyyarələri Qəzza zolağına hava zərbələri endirib

İşğalçı İsrail rejim qırıcı təyyarələri Qəzza zolağına hava zərbələri endirib.
 
Maide.Az "Anadolu"a istinadla xəbər verir ki, işğalçı rejimin hücumu nəticəsində dinc sakinlərin evlərinə ziyan dəyib. 
 
Hücum nəticəsində ölən və yaralananların olduğu haqda məlumat verilməyib. 
 
Qeyd edək ki, Qəzza zolağından da Fələstinin işğal olunmuş  ərazisinə 4 raket atılıb, onlardan ikisi "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
 

Google+ WhatsApp ok.ru