İsrail rejinminin ordusu: 'Mümkün Fələstin qiyamına tab gətirəcək gücdə deyilik'

İsrail rejinminin ordusu: 'Mümkün Fələstin qiyamına tab gətirəcək gücdə deyilik'

Sionist rejimin Qərbi Şəriyənin bəzi ərazilərini işğal olunmuş ərazilərə birləşdirmək qərarını davam etdirərək, bu rejimin ordusu, Fələstinin mümkün qiyamına tab gətirə bilməyəcəyini etiraf edib.

 
Sionist rejiminin Vala Nyus veb saytı, İsrail rejiminin ordusunun heç bir Fələstin qiyamına tab gətirə bilməyəcəyini, Qərbi Şəriyədə və Qəzza Zolağında təhlükəsizlik vəziyyətini çətinləşdirməyə hazır olmadığını söyləyib.
 
Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, İsrail rejiminin Ordusunun Baş Qərargah rəisi, Aviv Kohavi, yüksək rütbəli zabitlərlə görüşü zamanı bu ilin iyulundan əvvəl gərginliyin ola biləcəyi ilə bağlı xəbərdarlıq etdi.
 
İsrail rejiminin baş naziri Benyamin Netanyahunun, Likud partiyasının üzvlərinin iştirakı ilə Qərbi Şəriyədə və İordan çayı vadisində qeyri-qanuni yaşayış məskənlərini ilhaq etmək planının qəbul edilməsi ilə bağlı verdiyi açıqlamadan sonra, İsrail rejiminin ordusu yeni Fələstin intifadasının mümkünlüyündən narahatdır.
 
Fələstinli qrupları sionist işğalı ilə əlaqədar təhlükəsizlik nəticələri barədə xəbərdarlıq edib. Mahmud Abbas ABŞ və İsrail rejiminə xəbərdarlıq edərək, Fələstin əraziləri ilhaq edildiyi təqdirdə, bütün əvvəlki razılaşmaların ləğv ediləcəyini bildirib.

Google+ WhatsApp ok.ru