İsrail snayperi fələstinli uşağı ürəyindən güllələyib, 41 nəfər yaralanıb - FOTO

İsrail snayperi fələstinli uşağı ürəyindən güllələyib, 41 nəfər yaralanıb - FOTO

Dünən Qəzzada keçirilən Böyük Qayıdış yürüşü işğalçı İsrail rejim qüvvələri tərəfindən silahlı hücuma məruz qalıb.
 
Felestin.info Imemc-ə istinadla xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yaydığı açıqlamaya görə, işğalçılar dinc nümayişdə bir uşağı qətlə yetiriblər, 41 fələstinlini yaralayıblar.
 
Nazirliyin mətbuat katibi Əşrəf əl-Qidra bildirib ki, 14 yaşlı Yusif Səid əl-Daya İsrail snayperi tərəfindən ürəyindən nişan alınaraq güllələnib. Ürəyi dayanan uşaq təcili yardım terapevtləri tərəfindən yenidən həyata qaytarılsa da, bir müddət ağır vəziyyətdə qalıb, lakin nəticədə vəfat edib. Yeniyetmənin Qəzza şəhərinin qonşuluğunda yerləşən Zeytun məntəqəsindən olduğu bildirilir.
 
Nazirlik rəsmisinin sözlərinə görə, yaralıların 26 nəfəri odlu silahla atəş açılaraq vurulublar, onlardan iki nəfərin vəziyyəti ağırdır.
 
Yaralılardan biri Faris əl-Qidra adlı könüllü tibb işçisidir. İşğalçıların atdığı qaz qumbarası onun başına dəyərək ağır xəsarət yetirib.
 
Bildirək ki, ötən ilin martından etibarən hər cümə günü keçirilən Böyük Qayıdış yürüşləri İsrailin Qəzzaya tətbiq etdiyi blokadaya və işğalçılıq siyasətinə qarşı yönəlib. Bu yürüşlərdə indiyədək 265 nəfərin öldüyü, 27 min nəfərin yaralandığı bildirilir.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru